​Vasif Talıbovdan daha bir təyinat

Baxış sayı:
4852

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru təyin edilib.
Muxalifet.az-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı bu gün müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Anar Babayev Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru təyin edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 27 mart 2018-ci il tarixli fərmanı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Gənclər Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs yaradılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev olub.
Xatırladaq ki, həmçinin bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Ülvi Hüseynlinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilməsi haqqında sərəncam imzalayıb.