​Vasif Talıbov və Zakir Həsənov “İldırım”a baxış keçirib

Baxış sayı:
4495

Ötən gün Naxçıvan Qarnizonu qoşunlarının xüsusi təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimi keçirilib. 
Təlimdən öncə yeni hərbi təyinatlı cihazlara baxış olub. Məlumat verilib ki, Silahlı Qüvvələrin Hərbi Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyasının birgə hazırladığı “İldırım RP-10” radiopartladıcı və “Sərhəd Sipər Sistemi” yüksək texniki göstəricilərə malikdir.
“İldırım RP-10” radiokanal sistemi mürəkkəb relyefi olan ərazidə 3500 metr məsafədə, birbaşa görüntülü ərazidə isə 5 min metr məsafədə döyüş tapşırığını yerinə yetirir. 
“Sərhəd Sipər Sistemi” isə 1 kilometr məsafədə mühəndis çəpərinə quraşdırılır və radiosiqnallar vasitəsilə xəbərdaredici maneələr zolağı yaradır. Dövlət sərhədinə hər hansı müdaxilə olduğu zaman sistem onun yerini müəyyənləşdirir və mərkəzə məlumat ötürür.