Vasif Talıbov nazirə fəxri ad verdi
30-04-2019 18:10
Baxış sayı:
17440
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Səbuhi Məmmədova fəxri ad verib.
“Report” xəbər verir ki, V.Talıbov bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Səbuhi Hidayət oğlu Məmmədova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.
Qeyd edək ki, S.Məmmədov Naxçıvan Muxtar Respublikası Baş Nazirinin müavini - maliyyə naziridir.