Vardan Oskanyan istintaqda dindirildi

Baxış sayı:
10696

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan 2008-ci il martın 1-i hadisələri çərçivəsində ifadə verib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, Ermənistan Xüsusi İstintaq Xidməti bu məsələni şərh etməkdən boyun qaçırıb: “Şərh etmirik”.
Bildirilib ki, martın 1-i hadisəsi çərçivəsində artıq keçmiş prezidentlər Levon Ter-Petrosyan və Serj Sərkisyan artıq ifadə veriblər.
Qeyd edək ki, 1955-ci ildə Suriyanın Hələb şəhərində doğulan Vardan Oskanyan 1998-2008-ci illərdə Ermənistanın xarici işlər naziri olub.