​Uzaq qitədə zəlzələ - 5,6 bal

Baxış sayı:
1486

Avstraliyanın Qərbi Avstraliya ştatında 5,6 bal gücündə zəlzələ baş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanların episentri Karnarvon şəhərindən 195 km şimal-qərbdə, ocağı isə 2 km dərinlikdə müəyyən edilib.
Dağıntı, tələfat və sunami təhlükəsi ilə bağlı məlumat verilmir.