Uşaq evində bıçaqlanma olub - LƏNKƏRANDA

İnsident nəticəsində bir nəfər yaralanıb
 
Axşam saatlarında Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
İnsident Osman Mirzəyev adına Qarışıq Tipli Uşaq Evində qeydə alınıb.
Uşaq evinin sakini olan 16 yaşlı Abdullayev Emil Tofiq oğlunun eyni tərbiyə müəssisəsində yaşayan Seyran adlı digər bir yoldaşı tərəfindən bıçaqlandığı söylənilir. Qarın nahiyəsindən kəsilmiş-deşilmiş yara alan E.Abdullayev dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əməliyyat olunan yeniyetmənin vəziyyəti stabildir.
Hadisəni törətməkdə şübhəli bilinən digər yeniyetmə istintaqa cəlb edilib. İnsidentin hansı səbəbdən baş verdiyi barədə hələlik məlumat yoxdur.