​Urmiya gölü 8 metr aşağı düşdü – 15 milyon insan təhlükədə

Baxış sayı:
6244

Urmiya gölündə suyun səviyyəsi 20 il ərzində 8 metr aşağı düşüb.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, göldə suyun səviyyəsi sentyabrın 8-də 1270.31 metr olub.
Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.3 faiz aşağıdır. Həmçinin son 20 ildə suyun səviyyəsinin orta hesabla hər il 40 santimetr aşağı düşdüyü məlum olub.
Göldə suyun səviyyəsi ötən ilə nisbətən dəyişməyib, lakin su səviyyəsi tarazlığı ötən uzun müddətlə müqayisədə orta hesabla 4.36 metr aşağı düşüb.
Bundan əlavə, hazırda Urmiya gölünün ümumi sahəsi 1771.35 kvadrat kilometrdir, halbuki normal vəziyyətdə gölün sahəsi 4 min 526.7 kvadrat kilometr olub.
Artıq Urmu gölünün 95 faizi quruyub. Gölün quruması nəticəsində Güney Azərbaycanın bu bölgəsində baş verən ekoloji dəyişikliklər 15 milyondan çox insanın həyatını təhdid edir.