Universitet nəticəsini gözləmədən qoşulub qaçdı - Lənkəranda

Baxış sayı:
3796

Lənkəran rayon Təhsil Şöbəsi imtahanın nəticələrini öyrənməyə gedərkən abituriyentin itkin düşməsinə aydınlıq gətirib.
Təsil şöbəsindən aznews.az-a verilən məlumata görə, Qurbanlı Təravət Nazim qızı sevdiyi oğlana qoşulub qaçıb:
“Təravət Lənkəran Dövlət Universitetinə qəbul olunub. Amma balının açıqlanmasını gözləmədən qoşulub bir oğlana qaçıb. Deyilənə görə, qızla oğlan bir-birini sevir. Hazırda qız Bakı şəhərindədir. Ailə qurublar. Hər şey qaydasındadır, narahatlığa əsas yoxdur. Qızın valideyinləri də onun kimlə qaçdığını bilir, kiriminal heç nə yoxdur. Yəqin, düşünüb ki, birdən universitetə girməz. Hazırda tələbə adını alıb".
Qeyd edək ki, avqustun 15-də Lənkəran rayonu Şirinsu kənd sakini 1978-ci il təvəllüdlü Qurbanov Nazim Nəzər oğlu Lənkəran rayon poliş şöbəsinə müraciət edərək övladı 2001-ci il təvəllüdlü Qurbanlı Təravət Nazim qızının həmin gün imtahan nəticələrini öyrənmək üçün Lənkəran şəhərinə getdiyini və geri qayıtmadığını bildirib.
Faktla bağlı Lənkəran RPŞ-də araşdırma aparılır.