​UNİKAL TƏKLİF: “Sovetski”də bu yerlər sökülməsin, kafe olsun…

Baxış sayı:
2302

Bakının keçmiş “Sovetski” adlanan hissəsində abadlıq işlərinin aparılması müstəqillik tariximizi ən parlaq səhifələrindən biridir.
Bu fikirləri millət vəkili Aydın Mirzəzadə qeyd edib. Deputatınn sözlərinə görə, imkanlarına baxmayaraq sovet hakimiyyəti şəhərin mərkəzindəki bu böyük kvartalı abadlaşdırmaq istəmədi:
“Bakı isə bunu öz istəyi ilə edə bilməzdi, çünki istənilən əhəmiyyətli vəsait Moskva ilə razılaşdırılmalı idi. Baxmayaraq ki, SSRİ büdcəsinin əhəmiyyətli hissəsini Azərbaycan verirdi. Məhəllənin artıq bir hissəsi sökülüb, böyük prospekt salınıb, digər hissəsində də abadlıq işləri gedir. Bu günlər isə “Sovetski”də işləri yekunlaşdırma üçün Nazirlər Kabineti tərəfindən əlavə vəsait ayrılıb.
Təklif edərdim ki, “Sovetski”də kiçik bir küçə arixitekturalı binaları ilə birgə sökülməsin. Abadlıq layihəsində ona turist marşrutu kimi yer ayrılsın. Qonaqlar, elə özümüz də, Bakının bu tarixi ilə də tanış olaq, evlərin birinci mərtəbələrində kafelər, sərgi salonları, kiçik marketlər fəaliyyət göstərsin”./axar/