​“Unibank”ın rəhbəri Malta vətəndaşlığı alıb

Baxış sayı:
2889

"Unibank” ASC-nin səhmlərinin təxminən 40%-nə nəzarət edən və Bankın Müşahidə Şurasının sədri olan Eldar Qəribov Malta vətəndaşlığı alıb.
“Report” bu barədə Malta mətbuatına istinadən xəbər verir.
Məlumata görə, azərbaycanlı bankirə vətəndaşlıq 2016-cı ildə, fərdi investisiya proqramı çərçivəsində verilib.