​Ulduz enerjisindən elektrik cərəyanı alınacaq

Baxış sayı:
6973

Massaçusets texnologiya universitetinin fizikləri “Commonwealth Fusion” şirkəti ilə birgə qarşıdakı 15 il ərzində termo-nüvə reaktoru yaratmağı planlaşdırır.  
Muxalifet.az xəbər verir ki, bu barədə “Popular Mechanics” məlumat yayıb.
Sözü gedən kompleksdə ulduzların nüvəsində gedən proseslərə bənzər termo-nüvə sintezinin həyata keçiriləcəyi bildirilir.  Bu məqsədlə alimlər “YBCO” – itrium-barium-mis oksidindən hazırlanmış yüksək ötürücülük qabiliyyəti olan maqnitlərdən istifadə edəcək.
Yeni texnologiya “Sparc” eksperimentinin gedişatında sınaqdan keçiriləcək.  Bu məqsədlə, son dərəcə yüksək hərarətli plazmanın saxlanılması üçün toroidal kamera yaradılacaq. 
Tədqiqat qrupu sınaqlarda ilkin olaraq yüz meqavat elektrik enerjisi almağa çalışacaq. Sınaqlarda müvəffəqiyyət əldə olunsa, alimlər daha iri, 200 meqavat enerji hasil etməyə imkan verən termo-nüvə reaktoru inşa etməyi planlaşdırır.