Ukraynalı nazir Azərbaycanla yeni layihədən danışdı

Baxış sayı:
2926

Yaxın zamanlarda Bakı-Kiyev dəmiryol marşrutu istifadəyə veriləcək. Bunu əməkdaşımızla söhbətində Ukraynanın infrastruktur naziri Vladimir Omelyan deyib.

Onun sözlərinə görə, Azərbaycan başçılıq etdiyi nazirliyin prioritet istiqamətidir.

“Azərbaycanlı həmkarlarımızla birgə müxtəlif layihələr üzərində işləyirik. Bir neçə gün bundan əvvəl Almaniyada azərbaycanlı həmkarımla görüşdüm və biz gələcək layihələrlə bağlı ətraflı fikir mübadiləsi apardıq. Bir sözlə, hazırda üzərində çalışdığımız böyük planlarımız var”, - o bildirib.

Ukraynalı nazir həmçinin yeni “İpək yolu” layihəsini unikal adlandırıb.

“Biz bu layihənin gerçəkləşdirilməsindən çox məmnunuq. Bu yolun inkişafı üçün Azərbaycan çox iş görüb. Hazırda ölkələrimiz arasında tariflərlə və digər məsələlərlə bağlı danışıqlar aparılır. Yaxın zamanda münasibətlərimizə daha böyük dinamika gətirəcək Bakı-Kiyev marşrutunun bərpasını gözləyirik”, - nazir qeyd edib./virtualaz.org