​Ukraynalı deputatdan ŞOK AÇIQLAMA: “Rusiya artıq Odessanı da ələ keçirdi...”

Baxış sayı:
541

Rusiya nəşri:”Qədim rus şəhəri tədricən təmizlənir...”

“İndi Odessada baş verənlər yalnız Rusiyanın şəhəri tam miqyasda ələ keçirilməsi ilə izah edilə bilər”. “Dəniz sahilində inci” adlanan Odessa şəhərində Ukrayna fəallarına qarşı əsl ovu Ali Radanın üzvü Mustafa Nayem sosial şəbəkədəki açıqlamasında belə izah edib. Onun sözlərindən belə çıxır ki, Rusiya faktiki olaraq Odesanı da ələ keçirib. Xalq deputatı abunəçilərinə bildirib ki, bir gün öncə "ləyaqət inqilabı" nın fəallarından olan Oleq Mixaylikə öz evinin həyətində iki güllə vurulub. Hal hazırda o, ağır xəsarətlərlə xəstəxanadadır...
M.Nayem hiddətlənir ki, bu, yeganə olay deyildir. Odessada Ukraynapərəst müxalifət fəalları və jurnalistlərə istiqamətli hücumlar uzun müddətdir ki, bir tendensiya halını alıb. Artıq ikinci ildir ki, vətənpərvərlərə orta hesabla ayda bir dəfə hücum edilir. Deputatın sözlərinə görə, onların hamısı, şəhərdə korrupsiyaya qarşı inadla mübarizə aparıb və Maydan ideologiyasını dəstəkləyiblər. Təbii ki, Rada üzvü bütün bunlarda bütövlükdə Rusiyanı və Odessa şəhərinin cəzasız şəkildə Ukrayna vətənpərvərlərini ovlayan rusdilli əhalisini günahlandırır.
M.Nayem, həmçinin, şəhərdə açıq şəkildə hakimiyyətə yiyələnmiş Rusiya mühafizə strukturlarından da bəhs edib. Onun sözlərinə görə, bu haqda ATƏT nümayəndələri də danışaraq Odessada separatçılığının özünü açıq şəkildə göstərdiyinə işarə edirlər.
Ukrayna deputatının ölkəsinin hüquqi ərazisi olan Odessadakı durum haqda söylədiklərini şərh edən Rusiya nəşrlərindən biri isə belə yazır:
“Əslində, sosial şəbəkələrdə Ukrayna deputatı Naimin sızlaması həqiqətə uyğun gəlir. Köhnə Maydan fəalları və digər radikallar yerli oliqarxların özəl ordularının muzdlularına çevriliblər və bəzən onların məkrli iqtisadi-siyasi maraqlarını əldə silahla da müdafiə edirlər. Sözdə “vətənpərvərlər”, əslində, Odessanı ölümcül dərəcədə təhlükəli bir cunqli ormanına döndəriblər və şəhər də təbii olaraq “dişlərini qıcayır”. Primitiv inqilabçılar qəzəbli sakinlərdən və öz sahiblərinin rəqiblərindən layiq olduqları cavabı alırlar. "Cəzalandırma əli”nin kim tərəfindən uzadılmasına rəğmən radikallar son nəticədə haqq etdiklərinə çatırlar və qədim rus şəhəri tədricən təmizlənir”...