​Ukraynada təşviqat kampaniyası başlayır - II tur

Baxış sayı:
1480

Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı aprelin 8-dən namizədlərin təbliğat-təşviqat kampaniyasına başlanıla bilər.
Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Tatyana Slipaçuk məlumat verib. Onun sözlərinə görə, seçki qanunvericiliyinə əsasən aprelin 8-dən namizədlərin seçki kampaniyasına başlanılacaq. Seçki qanunvericiliyinin tələbələrinə uyğun olaraq, seçki öncəsi kampaniyanın bütün növlərindən istifadə etmək olar.
Xatırladaq ki, bu gün Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin birinci turu ilə bağlı səsverməyə dair rəsmi nəticələri açıqlayıb. Rəsmi nəticəyə əsasən, prezidentliyə namizədlər Vladimir Zelenski seçicilərin 30,24 faizinin (5 713 825 nəfər), Petro Poroşenko isə 15,95 faizinin (3 014 523 nəfər) səsini toplayıb.
Martın 31-də 39 namizədin iştirak etdiyi prezident seçkilərində seçici fəallığı 63,48 faiz olub. Namizədlərdən heç biri 50 faiz səs toplamadığı üçün aprelin 21-də prezident seçkilərinin ikinci turu keçiriləcək. Hər iki namizəd Kiyevin mərkəzi “Olimpiya” stadionunda debatın keçirilməsinə razılıq verib. Debatın keçirilmə vaxtı barədə hələlik qərar qəbul olunmayıb.