Ukraynada seçkilər bu şəkildə keçirilməlidir - ABŞ

Baxış sayı:
32770

ABŞ Ukraynada yalnız azad və şəffaf seçkiləri dəstəkləyir.
Muxalifet.az xəbər verir ki, bu fikri Kiyevdə ictimai təşkilatların nümayəndələri ilə görüşündə ABŞ-ın dövlət katibinin siyasi məsələlər üzrə müavini Devid Qeyl söyləyib.
Onun sözlərinə görə, Ukraynada prezident seçkiləri xalqın iradəsinə uyğun keçirilməlidir və daxili resursların gücü yolverilməzdir.
Qeyd edək ki, D.Qeyl martın 5-dən Ukraynaya rəsmi səfərə gəlib. Rəsmi görüşlərdə Ukraynada demokratik prinsiplərin inkişafı, insan haqlarının qorunması, prezident seçkiləri əsas müzakirə mövzuları olacaq.
D.Qeylin səfəri martın 7-də başa çatacaq.