Ukraynada Saakaşviliyə görə həbslər başlayıb

Mixail Saakaşvilinin Ukraynaya girişindən sonra ölkədə həbslər başlayıb.
 
Polis “Şeqini” keçid məntəsəqində yaşanan olaylarla əlaqədar 5 nəfəri saxlayıb. Bildirilir ki, həmin şəxslər sərhədçilərə güc tətbiq ediblər, sərhəddə baş verən olayda aktiv olublar.
Bundan başqa, məlum hadisəni planlamaqda şübhəli bilinən 6 nəfərin, fəal iştirak edənlərdən isə 32-sinin kimliyini müəyyənləşdirmək mümkün olub.
Ukrayna DİN-dən bildirilib ki, daha 100 nəfər “Şeqini”də baş verənlərin canlı şahidi kimi dindirilib və istintaq işinə başlamaq üçün bir neçə xalq deputatına lazımi qaydada bildiriş göndərilib.