​Ukraynada “Rapid Trident 2017” hərbi təlimləri başlayıb

Ukraynada “Rapid Trident 2017” beynəlxalq hərbi təlimlərinin birinci mərhələsinə start verilib.
Yerli “112ua” nışri yazır ki, bu barədə Ukrayna müdafiə nazirliyinin mətbuat xidməti bildirib.
“ABŞ hərbçiləri Ukrayna pilotlarını müxtəlif döyüş şəraitlərinə uyğun təlimlər keçəcəklər”, - məlumatda deyilir. Amerikalı hərbi mütəxəssislər həmçinin tibbi hazırlıq üzrə bir sıra nəzəri və praktiki təlimlər keçirəcəklər.