​Ukraynada NATO təlimləri başlayıb

Baxış sayı:
4273

Ukrayna Müdafiə Nazirliyi ölkə ərazisində NATO-nun çoxmillətli qüvvələrinin iştirakı ilə aviasiya təlimlərinin başlandığını elan edib.
Muxalifet.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, “Təmiz səma-2018” adını alan təlimlər oktyabrın 8-dən 19-na qədər davam edəcək.
Təlimlər Xmelnitski və Vinnitsk vilayətlərində keçirilir.