Ukraynada 5 politoloq qəzada ölüb

Ukraynda ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
"Lenta.ru"-nun verdiyi xəbərə görə, bu gün səhər saatlarında Ukraynanın Rivne şəhərində,  Kiyev-Kovel-Yaqodin yolunda yüksək sürətdə hərəkət edən “Opel” markalı avtomobilin sürücüsü yol sürüşkən olduğu üçün idarəetməni itirib və qarşıdan gələn yük maşını ilə toqquşub. Nəticədə “Opel”də olan 5 politoloq aldığı xəsarətdən ölüb.