​Ukrayna yeni siyasi senzura tətbiq edir - Zaxarova

Baxış sayı:
9091

Kiyev adminitrasiyasının “RİA Novosti” və Rusiya Bu gün” agentliklərinin Ukrayna bürolarına sanksiya tətbiqi yeni siyasi senzuradır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, Kiyev adminitrasiyası Ukrayna xalqının obyektiv məlumat azadlığını məhdudlaşdırır.
Qeyd edək ki, bundan öncə Rusiya XİN Ukrayna hökumətinin sözügedən agentliklərə qarşı sanksiya tətbiq etdiyi barədə məlumat yaymışdı.