​Ukrayna sürətlə seçkiyə doğru: Daha 4 namizəd bəlli oldu

Baxış sayı:
10798

Ukraynanın Mərkəzi Seçki Komissiyası daha dörd nəfərin prezidentliyə namizədliyini qeydə alıb.
Muxalifet.az xəbər verir ki, MSK-nın iclasında Ali Radanın deputatı Sergey Kaplin, “Ədalət” ictimai-siyasi hərəkatının təmsilçisi Valentina Nalivayçenko, “Samopomiç” Birliyi Partiyasından Andrey Sadovoy və müstəqil Vitaliya Skotsikanın namizədliyi təsdiqlənib.
Prezidentliyə namizədlik üçün sənədlər fevralın 3-dək MSK-ya təqdim edilməlidir. MSK bundan əvvəl ilk prezidentliyə namizəd kimi İqor Şevçenkonun müraciətini qeydə alıb.
Ukraynada prezident seçkiləri martın 31-də keçiriləcək.