​Ukrayna Saakaşviliyə qarşı FTB və Skotlend-Yarddan kömək istəyəcək

Baxış sayı:
4240

Ukrayna Baş Prokurorluğu Mixail Saakaşvilinin biznesmen Sergey Kurçenko ilə telefon danışıqlarını ekspertizası üçün FTB və Skotlend-Yardı işə cəlb etməyə hazırdır.
Avropa.info xəbər verir ki, bu barədə İCTV telekanalının efirində prokuror Yuri Lutsenko danışıb. Telefon söhbətinin yazısı Saakaşvilinin “Mixomaydan”ı təşkil etmək üçün Viktor Yanukoviçin yaxın adamlarından, ilk növbədə oliqarx Kurçenkodan pul aldığını sübut etmək üçün əsas “fakt” kimi təqdim olunur.
“Bizim ekspertlərlə birgə danışıqların həqiqiliyini yoxlamaq üçün FTB və Skotlend-Yarddan xarici ekspertləri dəvət etməyə hazırıq” – Lutsenko belə deyib.
Qeyd edək ki, danışıqların yazısını Böyük Britaniyadan və ABŞ-dan olan ekspertlərə verilməsini daha əvvəl Saakaşvilinin tərəfdarları təklif etmişdi.