Ukrayna Radasında qalmaqal — Deputat SALONA TÜSTÜ BOMBASI ATDI

Ukrayna Radası növbəti qalmaqala şahid olub.
 
"Samopomoş" müxalifət fraksiyasının deputatı Semyon Semençenko iclas gedən zala tüstü bombası atıb. Bu barədə isə məlumatı millət vəkili Vladimir Aryev bölüşüb.
Aryev Tvitter səhifəsində yazıb: "Teteruka Andrey anında reaksiya verərək tüstü bombasını zaldan çıxardı".
İnsident Donbass vilayətinin xüsusi statusunun bir il də uzadılmasına aid qanun layihəsinin müzakirəsi zamanı baş verib./olke.az