​Ukrayna paytaxtının adı dəyişdirildi

Baxış sayı:
7495

ABŞ-ın Coğrafi Adlar Şurası özünün beynəlxalq bazasında Ukrayna paytaxtı Kiyevin adını dəyişdirərək Kyiv edib.
Bu məlumatı öz Feysbuk səhifəsində Ukraynanın ABŞ-dakı səfirliyi yayıb. Səfirlik bu qərardan sonra artıq beynəlxalq aləmdə və ABŞ-da rəsmi şəkildə Kyiv adının istifadə ediləcəyini bildirib:
“Bu dəyişiklik fövqəladə vacib əhəmiyyətə sahibdir. Belə ki, bu addan artıq təkcə ABŞ-da yox, bütün beynəlxalq aviareyslər və xarici hava limanlarında da istifadə ediləcək. Belə ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası məhz ABŞ Coğrafi Adlar Şurasının bazasından öz uçuş nöqtələrinin adlarının təyini üçün istifadə edir”.
Qeyd edək ki, "Kiyev" (Kiev) adı "Kyiv" olaraq şuranın bazasında iyunun 17-dən etibarən yerləşdiriləcək./Axar