Ukrayna MDB ölkələri ilə müqavilələri ləğv edir

Baxış sayı:
2386

Ukrayna MDB çərçivəsində 200-dən çox müqaviləni ləğv edəcək.
RİA “Novosti ”nin məlumatına görə, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Yekaterina Zelenko deyib.
O bildirib ki, bu məqsədlə hazırda Kiyev MDB çərçivəsində 236 müqaviləni nəzərdən keçirir.
Zelenko qeyd edib ki, Ukrayna vətəndaşlarının və biznes dairələrinin maraqlarına toxunmayan müqavilələri ləğv etmək istəyir.