Ukrayna kəşfiyyatı hər şeyi ifşa etdi!

Baxış sayı:
3898

 Ukrayna Təhlükəsizlik Xidməti, Suriyada döyüşən və Rusiya ilə əlaqəsi olduğunu irəli sürdüyü 206 Rus vətəndaşını açıqlayıb.
 
Ukrayna kəşfiyyatının internet saytından verdiyi açıqlamada, Rusiya ilə əlaqəsi olduğu Ukrayna və Suriyada döyüşən Vaqner adlı qurumla bağlı məlumat verilib.
Açıqlamada, Rus vətəndaşları ilə yanaşı, Ukrayna, Belarus, Ermənistan, Moldova, Qazaxıstan və Özbəkistan vətəndaşlarının da olduğu irəli sürülən 206 nəfərlik siyahıda, 58 Vaqner üzvünün fevral ayında Suriyanın Deyrizor bölgəsində öldüyü bildirilib.
Bundan başqa açıqlamada, Vaqner xüsusi qrupunda muzdlu əsgər olaraq döyüşən 600-dən artıq adamın Ukraynanın şərqində və Suriyada öldürüldüyü də bildirilib.
Qeyd edək ki, ötən illərdə Kreml ilə bilvasitə əlaqəli 3 minə yaxın Rus vətəndaşından ibarət olduğu irəli sürülən Vaqner adlı xüsusi bir silahlı qrupun Suriyada və Ukraynanın şərqindəki əməliyyatlarda istifadə edildiyi iddia edilmişdi.
Müxalifət.az