Ukrayna “İsgəndər”in analoqunu təqdim etdi - Video

Baxış sayı:
2447

Ukrayna ordusu ilk dəfə olaraq Qrom-2 operativ taktiki raket kompleksinin görüntülərini paylaşıb.
Muxalifet.az xəbər verir ki, görüntülər Ukrayna milli sənaye portalının Yutub kanalında yerləşdirilib.
Qeyd edək ki, Ukrayna hərbi ekspertləri bu raketi İsgəndər-M-in rəqibi adlandırırlar. Lakin mətbuatın yaydığı məlumata görə, keçirilən sınaqlar zamanı Kiyev raketin İsgəndər-M kimi 500 kilometr məsafəyə uçuşunu təşkil edə bilməyib.
Kiyev ilk dəfə Qrom-2-nin hazırlanmasına 2003-cü ildə başlayıb. Sonradan maliyyə çatışmazlığı bu layihənin dayanmasına səbəb olub.