​Ukrayna daha 60 rus diplomata qadağa qoydu

Baxış sayı:
3316

Ukrayna Təhlükəsizlik Xidməti ABŞ-dan qovulan 60 rus diplomatın ölkəyə girişinə qadağa qoyub.
Muxalifet.az xəbər verir ki, bu barədə UTX rəsmi açıqlama yayıb.
“26 martda ABŞ-dan qovulan 48 və BMT-dən qovulan 12 rus diplomatın Ukraynaya girişi 5 il müddətinə yasaq edilir”, - məlumatda bildirilib.
Qeyd edək ki, bundan öncə Ukrayna 13 rus diplomatı qovmuş, Britaniyadan qovulan 23 rus diplomatın ölkəyə girişinə isə qadağa qoymuşdu.
“Skripal işi” ilə bağlı dünyanın bir çox ölkəsindən 150-dən çox rus diplomatı qovulub. Rusiya 25 ölkədən 142 diplomatının artıq çıxarıldığını rəsmən elan edib.