Uinston Çörçillin nəvəsindən Trampa sərt təpki!

Baxış sayı:
2662

İngiltərənin keçmiş baş naziri Uinston Çörçillin nəvəsi Nikolas Soames, ABŞ prezidenti Donald Trampı Amerikalı əsgərlərin Paris yaxınlığındakı qəbiristanlığını ziyarət etməyi rədd etdiyi üçün tənqid edib.
 
Birləşmiş Krallıq Parlamentinin üzvü Nikolas Soames, Trampın havanın yağmurlu olmasına görə, 1-ci Dünya Müharibəsində həlak olan Amerikalı əsgərlərin Paris yaxınlığındakı qəbiristanlığını ziyarət etməməsini Twitter hesabında sərt şəkildə tənqid edib.
Soames, "Onlar düşmənləri ilə üz-üzə vuruşaraq öldülər, zavallı və geyimsiz Tramp isə həyatını itirənlərə ehtiramını göstərmək üçün hava şəraitinə qarşı çıxa bilməyib” deyə qeyd edib.
ABŞ prezidenti Trampın bu davranışı ilə bağlı bir açıqlama da ABŞ-ın keçmiş prezidentlərindən Corc W. Buşun çıxış mətnlərini hazırlayan ABŞ-Kanada əsilli politoloqu David Frum-dan gəlib.
 
Pis hava şərtlərindən qorxdu
Frum-un açıqlamasına görə, Tramp, Parisdəki anma tədbirinə getməkdə israr etdi, lakin oraya çatandan sonra pis hava şərtlərindən qorxdu və otel otağında televizor qarşısında oturdu.
Daha əvvəl ABŞ prezidenti Donald Traampın, havanın yağışlı olmasına görə, Birinci Dünya Müharibəsində ölən ABŞ əsgərləri üçün Fransadakı qəbiristanlıqda keçirilən mərasimə qatılmadığı bildirilmişdi.
Müxalifət.az