Ucarda minik avtomobili su kanalına aşdı - Xəsarət alan var
15-05-2019 18:46
Baxış sayı:
7060
Ucar rayonunda yol qəzası baş verib.
Hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "VAZ-2106" markalı avtomobil Gəncə istiqamətində hərəkətdə olarkən traktorun yedəyinə çırpılıb. Nəticədə minik maşını yol kənarındakı su kanalına düşüb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır./report