Ucarda “Mersedes” 55 yaşlı kişini vurub – Piyada zərbədən ölüb

Ucarda  piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Şəhərin Azərbaycan prospektində rayon sakini, 1973-ci il təvəllüdlü  Xəyyam Səlim  oğlu Səlimov  idarə etdiyi "Mercedes" markalı minik maşını ilə yolu keçən 1962-ci il təvəllüdlü Yaşar İsrayıl  oğlu İsrayılovu vurub. Ağır xəsarət alan Y. İsrayılov Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq o, xəstəxanada aldığı xəsarətdən ölüb.
 Faktla bağlı  Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır. /apa