Təyyarəni öz evinə çarparaq intihar etdi

Baxış sayı:
7756

 ABŞ-da yaşayan və pilot olduğu bildirilən bir nəfər öz evinə təyyarə ilə çarparaq intihar edib.
 
42 yaşlı pilot Duayne Youdun bir gün əvvəl ailə içi zorakılığa görə nəzarətə alındığı və buraxılandan sonra intihar etdiyi bildirilib.
Əyalət şefi məsələ haqqında etdiyi açıqlamada, təyyarənin “Spanish For” hava limanından qalxdığını və hadisə zamanı evdə olan 2 nəfərin də təsadüfən xilas olduğunu bildirib. Şahidlərin sözlərinə görə isə hadisədən sonra böyük bir yanğın baş verib və ev yararsız hala düşüb.
Müxalifət.az