Təyyarədən özünü atan gənc qızın cəsədi tapıldığk

Baxış sayı:
8497

Madaqasqarda araşdırma gəzisində olarkən özünü birdən-birə təyyarədən aşağı atan gənc qızın cəsədi tapılıb.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, 19 yaşlı qızın cansız bədəni çöllük ərazidə aşkarlanıb. Onun nəşi valideynlərinə təhvil verilib.

Kembric Universitetinin tələbəsi olan Alana Katlendin cəsədi 25 iyuldan bəri axtarılırdı. 

Qeyd edək ki, gənc qızın intihar etməsinin səbəbi dəqiq bilinmir. İlkin ehtimala görə, gənc qız araşdırma lahiyəsinin uğursuzluğa düçar olması səbəbilə özünü öldürüb.