Təyyarədə öskürdü, dava düşdü - VİDEO

Baxış sayı:
3229

Yeni tip koronavirus (Kovid-19) pandemiyasının dünyada sürətlə yayılması istər-istəməz insanlar arasında narahatlıq yaradır.

Belə ki, insanların virusa həssas yanaşması Səudiyyə Ərəbistanından Livan istiqamətində uçan sərnişin təyyarəsində davaya da səbəb olub. Belə ki, təyyarədə 2 sərnişin tibbi maskanı taxmağı rədd edib və ardınca öskürüb.

Təyyarədəki digər sərnişinlər buna etiraz etdikdə tərəflər arasında dava düşüb. Baş verən hadisə həvəskar kamera tərəfindən çəkilib. Sosial şəbəkələrdə paylaşılan davanın videogörüntüsü müzakirələrə səbəb olub.