​Təxribat əməllərinə dərhal reaksiya verilməlidir - Millət vəkili

Baxış sayı:
13684

Onların törətdikləri təxribat əməllərinə dərhal adekvat reaksiya verilməlidir. Bu, hər iki ölkənin ictimai rəyinin düzgün yönləndirilməsi nöqteyi-nəzərdən vacibdir. Muxalifet.az xəbər verir ki, bunu Bakıda Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə Milli Məclisin Azərbaycan-Gürcüstan Parlamentlərarası Ələqalər üzrə İşçi Qrupunun üzvlərinin görüşündə millət vəkili Qənirə Paşayeva deyib. Deputat Qənirə Paşayeva Azərbaycanı və Gürcüstanı ortaq dəyərlərlə yanaşı, oxşar acı yaşantıların da birləşdirdiyini diqqətə çatdırıb. Bu baxımdan, o, hər iki ölkənin ərazi bütövlüyünə qəsddən, işğal faktından söz açıb. Q.Paşayeva Azərbaycan və Gürcüstan arasındakı dostluq və mehriban qonuşuluq münasibətlərini pozmağa çalışan qüvvələrin mövcudluğunu dilə gətirib. Q.Paşayeva həmçinin Azərbaycanın və Gürcüstanın beynəlxalq təşkilatlardakı təmsilçiliyinə də toxunub. O, iqtidar və ya müxalifəti təmsil etməsindən asılı olmayaraq, azərbaycanlı deputatların hər zaman Gürcüstanla bağlı məsələlərdə Gürcüstanın maraqlarından çıxış etdiyini vurğulayıb. Eyni yanaşmanın hər iki ölkənin parlamentariləri üçün aktuallığını önə çəkib.