​Turşuluğu azaldan dərmanlardan uzun müddət istifadə etməyin - Xərçəng yaradır

Baxış sayı:
8026

Genetik faktorlardan əlavə daha nələr mədə xərçənginə yol açır? Plastik butulkalar, dispenser suları, qəhvə-çay həqiqətən zərərlidirmi? 
Medicina.az bu suallara cavab axtarıb: 
Mədə xərçəngi ağciyər, bağırsaq və prostat xərçəngindən sonra ən çox yayılmış xərçəng növüdür. Daha çox 50-70 yaşlı insanlar arasında daha çox kişilər arasında rast gəlinir. Mədə xərçəngi 80 faiz hallarda heç bir əlamət vermədən inkişaf edir. Əsas əlamətləri həzimsizlik, şişkinlik, ürək bulantısı, qusma, iştahsızlıq və qarın ağrısıdır.
Mədə xərçənginə səbəb olan amillərə dəyişdiriləbilən və dəyişdiriləbilməyən olmaqla iki yerə ayrılır. Yaş, genetik amillər, cinsiyyət kimi amillər dəyişdirilməyən faktorlardandır. Dəyişdiriləbilən amillərə isə siqaret çəkmək, alkoqol, qidalanma, ətraf mühitin çirklənməsi aiddir. 
Araşdırmalara görə, daha çox duzlu qidalar, şorabalar, hisə verilmiş qidalar, manqalda bişirilən qidalar mədə xərçəngi riskini artırdığını səbəb olduğu məlum olub. 
Plastik qablarda Bisfenol A maddəsi mövcuddur. Bu maddə insan orqanizmində yüksək dozalarda hormonal dəyişikliklərə səbəb olur. Amma bu maddənin mənfi təsirinin üzə çıxması üçün çox yüksək doza tələb olunur. Buna görə də, körpə uşaqlarda plastik butulkalardan imtina etmək məsləhət görülür
Sözü gedən maddənin insan sağlamlığına zərər verən hala gəlməsi üçün plastik qabların 35 dərəcə istilikdə 60 gün saxlanılaraq gündə bir insana tərəfindən ən az 60 ədəd plastik butulkadan su içməsi tələb olunur. 
Plastik butulka istehsalında istifadə edilən digər bir maddə ağır metal antimoldur. Bu maddə plastik qablardakı suya keçərək insan orqanizminə daxil ola bilir. Araşdırma nəticəsində məlum olub ki, antimol maddəsi istilik nəticəsində suya keçə bilir. Amma bu təhlükəli həddi keçmir. 
Mədə dərmanlarını 5 ildən çox istifadə etmək olmaz. 
Bu dərmanlara əsasən reflü və qastrit xəstəliklərində mədə turşuluğunu azaltmaq üçün istifadə edilir. Mədə turşuluğunun azaldılması isə bakteriyaların inkişafına səbəb olur.  Bu dərmanlardan uzun müddət istifadə mədə xərçənginin yaranmasına gətirib çıxara bilər. 
Mədə xərçəngi müalicəsi olan bir xəstəlik hesab edilir. Amma bunun üçün xəstəlik vaxtında aşkarlanara müalicə olunmalıdır.