​Türkman siyasətçidən ordu önündə möhtəşəm çıxış - Video

Baxış sayı:
2557

Türkman siyasətçisi Saleh Fadl Azad Suriya Ordusuna məxsus Sultan Murad bölüyünün qarşısında çıxış edib.
Muxalifet.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Saleh Fadıl çıxışında hərbçilərə heç kimə zülm etməməyi tapşırıb.
“Əgər haqqa riayət etsəniz, Allah sizə yardım edər. Biz zülm edənlərə qarşı çıxmaq üçün gedirik, heç kimə zülm etməyin ki, Allah sizinlə bərabər olsun. Zülmə qarşı çıxanın zalım olması mümkün deyil. Menbiçdəki xalqımız zülmə məruz qaldı. Biz Azad Suriya Ordusu olaraq zülm etməməli, öldürməməli və zərər verməməliyik. Menbiçdə yaşayan kürd, ərəb, türkman - hamısı bizim xalqımız və qardaşımızdır”, - Fadıl bildirib.