​Türkman Cəbhəsinə qəfil hücum – ÖLƏN VAR

Baxış sayı:
2365

Kərkükdə İraq Türkman Cəbhəsinin (İTC) hərbi bürosuna naməlum şəxslər qəfildən hücum edib.
Teleqraf.com xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
Hücum nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
Kərkük şəhər polis rəisi Hattap Ömər deyib ki, İTC bürosuna RPG-7 silahıyla hücum edilib:
“Bu hücum zamanı Terrorla Mübarizə Təşkilatının bir nümayəndəsi öldürülüb, bir nəfər isə yaralanıb. Silahlı hücuma sərt qarşılıq verilib. Artıq hücumun baş verdiyi istiqamət üzrə araşdırmalar aparılır. Bir nəfər həbs edilib”.