Türklərin gəlmə olduqları yalanını təkzib edən FAKT – Qarsda 5 min illik tarix aşkarlandı: “Qobustan qaya rəsmlərinə bənzəyirlər”

Baxış sayı:
5719

Muxalifət.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Türkiyədəki Atatürk universitetinin qədim dövr tarixi şöbəsinin müəllimi professor Alpaslan Ceylan Qars vilayətindən araşdırmaları zamanı miladdan əvvəl 3000-2000-ci illərə məxsus, Türk mədəniyyətinə aid edilən qaya rəsmləri ilə kurqan tipli məzarlarla rastlaşıb. Proffesor bildirib ki, boyunlarına fotoaparat asıb Anadoluda türk izlərini yox eləməyə çalışanlar olduğu üçün tapıntılarının yerini bəyan eləməyəcək.
 
Dağın adını gizli saxlayır
 
Anadoluda türk izlərini daşıyan, miladdan əvvəlki dövrə məxsis olan yeni qaya rəsmlərini və kurqan məzarlarını tapan alim 20 ildir ki, 1071-ci ildən əvvəlki dövrü araşdırır. Professor yeni tapıntıları barəsində Türkiyənin “Hürriyet” qəzetinə məlumat verib. 
Professor Alpaslan Ceylan Qarsda bir dağın təpəsində yerləşən, mühüm elmi fakt olan tapıntıların təhlükəsizliyi tam təmin edilmədən, yerlərinin harada olduğunu bildirməyəcəyini söyləyib. Erkən neolit dövrünə məxsus qaya rəsmləri Cənubi Özbəkistanda Zardur Kaman mağarasında və Şərqi Pamirdə Sakta mağarasında vardır. Cənuba doğru isə Azərbaycanda Qobustan qaya rəsmləri və Türkiyədə Hakkari Trişik qaya rəsmləri də bir-birilərinə yaxın neolit dövr qaya rəsmləri kimi qiymətləndirilirlər. Mütəxəssislər qaya rəsmlərində miladdan əvvəlki dövrlərdə yavaş-yavaş müəyyən bir üsluba doğru istiqamətlənmənin yarandığını, türklərin qaya rəsmlərində isə heyvan üslubunun diqqət çəkdiyini söyləyirlər.
  
Qarsın 5 min illik türkləri
 
Professor Alpaslan Ceylan türklərin 1071-ci ildəki Malazgirt döyüşündən daha çox əvvəl Anadoluda yaşadıqlarını elmi şəkildə isbat edən işləri ilə tanınır. Qaya rəsmləri, daş heykəlciklər, kitabələr Anadoludakı türk izlərini elm dünyasına təqdim edirlər. Bununla bağlı Kağızman Geyiklitepe qaya rəsmləri, Hakkari Daşları kimi tanına 13 obelisk (türkcə “dikilitaş” - red.) və Trişin qaya rəsmləri, Vandakı Narlı Huşş və Yeddi Salxım mağarasındakı qaya rəsmləri Anadoluda erkən dövrlərdəki türk izlərindən bir qismini təşkil edir. 30 ilə yaxındır ki, Şərqi Anadoluda dağ-daş demədən elmi araşdırmalar aparan professor son il ərzindəki araşdırmalarında Anadoluda türk izlərinə işıq salacaq yeni-yeni tapıntılar əldə edib. Türkiyənin Mədəniyyət və Turizm nazirliyinin icazəsi ilə Qarsda aparılan araşdırmalar nəticəsində m.ə. 3000-2000-ci illərə məxsus olduğu təxmin edilən qaya rəsmləri ilə yanaşı, həmin dövrlərə məxsus olduğu güman edilən kurqan tipli məzarlar da aşkar edilib.
 
Parçaları birləşdiririk
 
Türkiyə mədəniyyərinə məxsus qaya rəsmləri və kurqanların Anadolu tarixi baxımından çox mühüm olduğuna diqqət yetirən professor Alpaslan Ceylan Orta Asiya, Qafqaz və İranı tanımadan bu tapıntıları qiymətləndirməyin mümkün olmadığını bildirib. Elm dünyasına ilk dəfə təqdim ediləcək tapıntıların bu il tədqiq edilərək, digər türk mədəniyyətlərindəki qaya rəsmləri ilə qarşılaşdırılacağını söyləyən Ceylan deyib: “Kurqanlar üçün Mədəniyyət Nazirliyindən qazıntı icazəsi istəyəcəyik. Qaya rəsmlərini digər Orta Asiya və Qafqazdakı müasirləri ilə müqayisə edəcəyik. Analizlərin köməyi ilə tarixi dəqiqləşdirəcəyik. 20 ildir ki, nazirliyin icazəsi ilə və ondan əvvəlki 10 il ərzində müstəqil şəkildə Şərqi Anadoluda araşdırlamalar apardım. Monqolustan, Qazaxıstan, İran və Azərbaycanda hər il araşdırmalar aparıram. Əslində bir “yap-poz”un parçalarını toplayıb birləşdiririk. Hər il yeni parçalar tapırıq”.
 
“İzlər qəsdən yox edilir”
 
Bundan əvvəl tapılan Ərzurum Cunni mağara rəsmlərinin təhrif edildiyini nəzərə çatdıran professor Alpaslan Ceylan bu səbəbdən yeni tapıntılarının koordinantlarını elan eləməkdən çəkinir, lazimı mühafizə tədbirləri görülənədək həmin yerlərin gizli saxlanacağını deyir: “Anadoluda türk izlərini yox eləməyə çalışanlar var. Boynundan fotoaparat asıb özünə tədqiqatçı şəkli verənlər, yerləri öyrənəndən sonra gecələr bunları təhrif edirlər”.