“Türklər səsimizi eşitsin, xahiş edirəm Ərdoğan”!

Baxış sayı:
1168

Suriyanın şimal-qərbində böyük hissəsi Azad Suriya Ordusunun (ASO) nəzarətindəki İdlib vilayətində Bəşşar Əsəd rejimi və havadarlarına qarşı 3 həftə əvvəl başlayan mitinqlər davam edir.
 
İdlib Gərginliyi Azaltma Bölgəsi sərhədləri daxilindəki təxminən 180 yaşayış məntəqəsində keçirilən mitinqlərdə on minlərlə vətəndaş iştirak edib.
Əsəd rejimi və havadarlarının İdlibə girməsinə qarşı çıxan nümayişçilər, Türkiyənin bölgə xalqını qorumasını istəyib.
Rejim əleyhdarı olan etirazçılara, İdlib rayon mərkəzi və çölü ilə Hələb vilayətinin qərbi və şimalından da çox sayda insanlar qatılıb.
 
TÜRKLƏR BİZİM QARDAŞIMIZDIR
 
Cüma namazından sonra bir yerə toplaşan nümayişçilər, “Türklər bizim qardaşımızdır", "Biz terrorçu deyilik", "Biz Rusların uşaqlarımızı öldürməsini istəmirik", "Məhbuslara azadlıq", "Azadlıq istəyirik", yazılı Ərəbcə, İngiliscə və Türkcə plakatlar qaldırıblar.
Anadolu Agentliyinə açıqlama verən nümayişçilərdən Vəlid Əbu Abdullah, “Bütün dünyaya səsimizi eşitdirmək üçün gəlmişik. Türk qardaşlarımıza səsimizi çatdırmağa gəlmişik. Suriya rejimi, bu xalqı didərgin saldı. Həbsxanalar günahsız insanlarda doludur. Rəcəb Tayyib Ərdoğandan istəyimiz köç etməyə məcbur olanların evlərinə qayıtmasına yardımçı olsun" deyib.
 Minlərcə insanın mitinqlər üçün bir araya gəldiyini dilə gətirən Kusay əl Hüseyn də," Türkiyənin Rusiya ilə anlaşdığı qərardan duyduğu məmnuniyyəti göstərmək üçün buradayıq. Biz İran və Rusiyanın əleyhinəyik. Kim Əsəd rejimini rəsmi olaraq tanıyırsa, onların əleyhinəyik. Türk hökumətinə bu alınan qərarlardan, göstərdiyi səylərdən və təhlükəsizliyi təmin etmək fəaliyyətinə görə təşəkkür edirik. Türkiyə bu qərarı almasa, on minlərlə insan öləcəkdi" deyə, bildirib.
 ABŞ-dakı Dalllas Universitetində baş müəllim doktor Ranya Kaysar da, “Ölkəmizdə tökülən qanı dayandırmaq üçün göstərdiyi bütün səylərə görə sizə (Türkiyəyə) minnətdarıq” deyib.
 
ÖNCƏ ALLAHA, SONRA ƏRDOĞANA GÜVƏNİRİK
 
Kaysar, prezident Rəcəb Tayyib Ərdoğana müraciət edərək, “Xahiş edirəm cənab Ərdoğan, gələcəkdə bizə nə olacağını bilmək istəyirik. Küçələrdə Rus qüvvələrini bird aha görəcəyikmi? Bu barədə öncə Allaha, sonra sizə güvənirik" deyib.
Kaysar, nümayişə qatılan qadınların, oğullarının, həyat yoldaşlarının həbs olunduğunu, ailələrindən zorla qoparıldığını bildirərək, "Ərdoğandan məhbusların sərbəst buraxılmasını təmin etməsini də istəyirik" deyə söyləyib.
Müxalifət.az