Türkiyəyə XAİN HÜCUM: 2 şəhid, 7 yaralı

Baxış sayı:
10189

Türkiyənin Milli Müdafiə Nazirliyindən (MSB) Türkiyə-İraq sərhəd xəttində davam edən əməliyyatlarda terrorçularla girilən qarşıdurmada 2 əsgərin şəhid olduğu, 7 əsgərin yaralandığı bildirilib.
 
Nazirlikdən edilən açıqlamada, Türkiyə-İraq sərhəd xəttində davam edən əməliyyatlar çərçivəsində dünən terrorçularla girilən qarşıdurmada 2 əsgərin şəhid olduğu, 7 əsgərin yaralandığı ifadə edilib.
Terrorçuların hava hərəkatı və bölgədəki top və tanklarla intensiv atəş altına alındığı və bölgədə əməliyyatların davam etdiyi qeyd olunub.
Açıqlamada, "Bizləri dərin bir acı və kədərə qərq edən bu hadisədə həyatını itirən əziz şəhidlərimizə Allahdan rəhmət, kədərli ailələrinə, Türk Silahlı Qüvvətləri ilə uca millətimizə başsağlığı və səbir, yaralanan qəhrəman silah yoldaşlarımıza təcili şəfalar diləyirik" deyə bildirilib.
Müxalifət.az