Türkiyəyə səsləndi: “Gücümüzü birləşdirsək, Tramp siçana dönər”

Baxış sayı:
3052

 Avropa Ticarət və Sənaye Palataları Birliyinin sədri (EUROCHAMBRES) Leitl, "Biz sərbəst ticarət istəyirik. Artıq tələb etməkdən o tərəfə keçərək  anti Tramp koalisiyasını yaratmalıyıq" deyib.
 
ABŞ prezidenti Tramp vəzifəyə gəldiyindən etibarən verdiyi qərarlarla dünya ticarətində daşları yerindən oynadıb. İlk toqquşma Meksika ilə başladı, amma Çin ilə yaşanan gərginlik iki nəhəng ölkəni qarşı-qarşıya gətirəndə ticarət müharibəsi dünya miqyasına yayıldı. Tramp, Avstraliya, Kanada və Avropa İttifaqına da yeni təhdidlər sovurdu. Asiya-Sakit Okean ölkələri çarəni Trampa qarşı Uzaq Şərqdə yeni əməkdaşlıq əlaqələri qurmaqda tapdı. Türkiyə Odalar və Borsalar Birliyi (TOBB) ilə ortaq bir layihə qurmaq üçün Türkiyəyə gələn EUROCHAMBRES-in sədri Kristof Leitl, bu ittifaqları xatırladaraq, "Tramp, əlavə vergiləri siyasi bir vasitə kimi istifadə edərək bizi ilan kimi təhdid edir, biz də siçan kimi gözləyirik. Güclərimizi birləşdirsək ilan biz ola bilərik, siçan da Tramp. Cənab Trampın meymunu olmadığımızı göstərmək üçün bütün Avropa ölkələri olaraq həmrəylik içində olmalıyıq" deyib.
Müxalifət.az