Türkiyəyə qarşı TAYFA OYUNU

Baxış sayı:
1659

ABŞ işğala müqavimət göstərəcək təbəqələri passivləşdirmək üçün İraqda qurduğu “Sahve Hərəkatına” bənzər bir qurumu Suriyada da yaratmaq üçün işlərə başlayıb.
 
Suriyanın Azez bögəsində qaçaqmalçılıqla məşğul olan Zəkəriyyə İydin rəhbərliyi ilə tayfalar arasında Türkiyəyə qarşı düşmənçilik təbliğatı aparılır.
Türk Silahlı Qüvvələri ilə birlikdə ASO-nun PKK və İŞİD-dən təmizləyərək təhlükəsiz zonaya çevrildiyi Hələbin şimalında ABŞ, indi də tayfaları Türkiyəyə qarşı qızışdırır. MKİ və Pentaqon səlahiyyətliləri, Türkiyəyə qarşı qızışdırdığı qrupları Suriya Tayfalar Birliyi (SAT) çətiri altında birləşdirir
Zəkəriyyə Iydin rəhbərlik etdiyi İcma, ABŞ-ın 2003-cü ildə İraqı işğal edəndən sonra Abdusettar Əbu Rişi adlı şəxsin vasitəsi ilə qurdurduğu müqavimət əleyhdarı “Sahve Hərəkatı”nın Suriya versiyası kimi səciyyələndirilir.
ABŞın təxribat xarakterli yaratdığı SAT-ın iclaslarına qatılan bəzi şəxslər açıqlamalar verib. Azez və Savran bölgələrində birdən çox konfransa qatıldığını deyən Fadıl Saleh, Zəkəriyyə Iyd tərəfindən yaradılan birliyi qaranlıq bir layihə kimi səciyyələndirib.
Saleh, şahid olduğu mənzərəni bu şəkildə təsvir edib:
 
ƏRƏBLƏRİ TÜRKİYƏYƏ QARŞI QIZIŞDIRMAQ İSTƏYİRLƏR
 
“Toplantılarda Türkiyə düşmənçiliyi təbliğ olunur. Eyni zamanda, bu proses çərçivəsində Suriya üçün də təhlükəli fəaliyyət aparırlar. Türkiyənin əleyhinə heç bir əməl və işin tərkib hissəsi olmadığımız üçün bu quruluşdan uzaqlaşdıq. Bizi bu 7 illik dövrdə əvəzsiz dəstəkləyən Türk dövləti və Türk xalqına xəyanət etməyəcəyik. Digər tayfa mənsublarına da eyni fikirləri ifadə etdik. Mən və bəzi dostlar bir çox tədbirdə iştirak etdik. Hər iclasda böyük ziyafətlər verilir, iştirakçılara çoxlu vədlər verilir. Suriya içərisində olduğu kimi İstanbulda da eyni çərçivədə bir toplantı keçirildi. Təşkilatın pul mənbəyi qeyri-müəyyəndir və hədsiz dərəcədə pullar xərclənir. Bunlar ciddi suallar yaradır və gözardı edilməməlidir. Bizim də qatıldığımız toplantılarda şübhəli şəxslər vardı. İcma içərisində xarici agentlər var və Fərat Qalxanı əleyhinə Ərəbləri qızışdırmaq istəyirlər. Bu müəmmalı işdən uzaq durmaları barədə hər kəsi xəbərdar etdik və xəbərdarlıq etməyə davam edirik”.
Müxalifət.az