Türkiyəyə qarşı İŞİD və PKK birliyi - ABŞ-ın yeni terror strategiyası

Baxış sayı:
1993

TSQ-nin, Fəratın şərqinə qarşı bombardmanı və quru hərəkatı hazırlığı terror təşkilatı PKK təlaşlandırıb. Hərəkatı dayandırmaq üçün Türkiyənin böyük şəhərlərində bombalı hücum hazırlığı görən terrorçular, sərhədə də təxribat qrupları göndərir.
 
Terror təşkilatı PKK, Cerablus, Tel Abyad, Eyn əl-Arab, Dırbesiyə və Qamışlı sərhəd xəttinə raket, həvəng topları ilə dəstəklədiyi təxribat qrupları göndərir. ABŞ-lı mütəxəssislər tərəfindən təlim edilən terror qruplarının başında isə Qəndilin göndərdiyi Hamo adlı bir PKK-lı durur. Suruç, Nusaybin, Ceylanpınar, Karkamış və Akçakala xəttində sərhəd məntəqələri, icra hakimiyyəti, müəllimlər evi, hərbi yataqxanalar və polis binaları, terrorçuların təxribat siyahısında yer alır.
Çox yaxında PKK-dan təmizlənməsi planlaşdırılan Tel Abyadda xalq, təşkilatın təzyiqlərindən cana doymuş vəziyyətdədir.
 
İŞİD-PKK YENƏ MÜTTƏFİQDİR
 
Türkiyənin, ABŞ-ın rəhbərliyi ilə həyata keçirilməyə çalışılan terror xəritəsinə qarşı üçüncü və əsaslı müdaxilə hazırlıqları terror cəbhəsini bir daha birləşdirib. İŞİD və PKK başda İdlib, Afrin və Fərat Qalxanı bölgələri olmaqla, sərhədin Türkiyə tərəfində keçiriləcək terror aksiyaları məsələsində birgə hərəkət edəcək. Azad Suriya Ordusu(ASO) komandirlərindən Əbu Nedim, Fəratın şərqinə qarşı hərəkatın Afrin nümunəsində olduğu kimi, Suriya daxilində fəaliyyət göstərən müxtəlif terror mərkəzlərini birləşdirdiyini qeyd edib. ASO komandiri, region daxilində təhlükəsizlik tədbirlərini artırdıqlarını və son bir ayda 70-dən artıq sızma və təxribat cəhdinin Türk təhlükəsizlik və xüsusi xidmət orqanları ilə aparılan birgə işlər nəticəsində əngəlləndiyini qeyd edib.
Müxalifət.az