​Türkiyəyə pis xəbər: Afrinə yeni ordu yeridilir

Baxış sayı:
2371

PKK Mosulun Sincar mahalındakı yaraqlıları zorla Afrinə göndərir.
Miuxalifet.az xəbər verir ki, bu sözləri Məsud Bərzaninin rəhbərlik etdiyi Kürdüstan Demokratik Partiyasının Sincar üzrə rəsmisi Qədir Qaçaq “Anadolu” agentliyinə açıqlamasında deyib.
“Sincarda Haşdi Şabi qruplaşması ilə PKK arasında həmrəylik var. Haşdi Şabi yaraqlıların toplu halında Afrinə göndərilməsi məsələsində PKK-ya kömək edir. Bu qruplaşmanın əsas məqsədi isə Sincarda vahid gücə çevrilməkdir”, - Qədir Qaçaq bildirib.