​Türkiyəyə hücuma izn verməyəcəyik - İraq Baş naziri

Baxış sayı:
7474

İraq öz ərazisindən Türkiyəyə hücuma izn verməyəcək.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İraq Baş naziri Heydər Abadi deyib.
O həmçinin Türkiyəyə səfər zamanı rəsmi Ankara ilə su resurslarının birgə istifadəsi, iqtisadiyyat və investisiya məsələlərini müzakirə edəcəyini bildirib. Onun sözlərinə görə, İraq bundan sonra da mehriban qonşuluq siyasətini davam etdirəcək.
Qeyd edək ki, H.Abadinin bu gün Türkiyəyə səfəri gözlənilir.