Türkiyəyə hazırlanan yeni tələ

Baxış sayı:
5233

Sərdar Turgut - Habertürk
 
Vaşinqtonda Ərdoğan düşməni olan şəbəkə əllərinə keçən hər fürsətdə Türkiyə əleyhinə oyunlar qurmağa çalışırlar.
 
Son hazırlanmağa çalışılan oyun perspektivsiz olsa da, bir nəticə alınması mümkün görünməsə də, yenə də Türkiyə olaraq hazırlıqlı olmaq üçün bilmək, öyrənmək lazımdır.
Bu pis niyyətli oyun prezident Trampın keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flynn istifadə edilərək nümayiş etdirilməyə çalışılır.
İddianamədə göstərilən o keçmiş günləri xatırlamağa çalışaq. Burada işə başladığım ilk günlərdə addım-addım təqib etdiyim üçün çox yaxşı bildiyim bir proses idi bu.
Flynn-ın yeni prezident Trampın milli təhlükəsizlik müşaviri olacağını başa düşüldüyünə görə, Türkiyə hər bir müasir dövlətin görəcəyi işi görüb və gələcəkdə özünə Gülənin qaytarılması məsələsində yardımçı olması üçün onunla əlaqəyə keçib.
Bu işlərdə hər zaman olduğu kimi, xidmət qarşılığında bəzi pullar verilməsi lazım idi ki, bu da verilib normal olaraq.
İşin əsası budur. Hər bir müasir dövlətin etdiyini, Amerikanın da başqa dövlətlərdə gördüyünü Türkiyə də görüb.
 
İŞARƏLƏRİN ÜSTÜNƏ TULLANDILAR
 
İndi xüsusi prokuror bütün bu prosesdən bir qanun xaricində ittiham hazırlamaqla məşğul olur və hətta bu işin prezident Ərdoğan və nazirləri tərəfindən planlaşdırıldığına işarə edir.
İddianamədə heç bir ad verilmir, çünki əllərində heç bir sənəd yoxdr, sadəcə, Flynn-ın özünü həbsdən azad etmək üçün söyləmiş olduğu yalanlar var.
İttiham aktında ad verilmir, amma böyük “patron” deyilərək Ərdoğan işarə edilir, həmçinin iki mühüm nazirin də işin içində olması işarəsi qoyulur.
“Wall Street Journal” və “New York Times” çərşənbə günü məsələyə müdaxilə etdilər və eyhamlardan özlərinə görə nəticələr çıxararaq yazılar yazdılar. Yəni oynanmaq istənən yeni oyunun bir addımı daha atılmış oldu. Belə ki, qəzetdə yazı çıxanda televiziya xəbər kanalları da məsələyə əl atmağa başlayır və üzərində danışırlar.
 
PƏRDƏ ARXASINDA OLANLAR
 
Keçən il Manhattan cənub bölgəsi prokurorluğunun Hakan Atillaya açmış olduğu işi görmək üçün hər gün məhkəmə zalına gedirdim. Bu səbəbdən buradakı ədliyyə sisteminin necə işlədiyini birinci əldən görmək imkanım oldu.
Bu sistemdə prokurorlar əgər bir nəticə almaq istəyirlərsə özləri ilə əməkdaşlıq edəcək şahidlərə ehtiyacları var.
Şahid onların istədikləri şeyləri desə, ona daha çox üstünlük verirlər. Tam istədiklərini söyləsə, o şahid həbsə girməkdən prokuror sayəsində xilas olur. O proses nəticəsində bu gün tamamilə günahsız olan Hakan Atilla burada həbsdə saxlanılır, yalançı şahid Zarab Türkiyəni günahlandırdı - deyə çöldə sərbəst gəzə bilir.
Bu gün də son hazırlanan oyun planına görə, yenə eyni əməliyyat keçirilməyə çalışılır.
Xüsusi prokuror Müller Tramp əleyhinə iddia açmaq niyyətində olduğundan onun əleyhinə danışacaq şahidlərə ehtiyacı vardı. Maykl Flynn da bunlardan biri idi.
Prokuror onu hər cəhətdən tam sıxışdıra bilərsə ondan daha çox söz qopara biləcəyini gördü və Türkiyə kartını da bu çərçivədə oynamağa başladı.
Dediyim kimi, Türkiyənin Flynn ilə qurmuş olduğu əlaqədə ortada yanlış olan bir şey yox idi. Orada yalnız Flynn-ın bu münasibəti rəsmən qeyd altına alması lazım idi. Bunu etməyincə günahkar oldu. Bunu Türkiyəyə necə birləşdirəcəklər, bunu anlamaq mümkün deyil, amma prokuror Flynni daha çox sıxışdırmaq və əməkdaşlığını təmin etmək üçün məsələnin üstünə getdi və işi vadar etdi.
Sonunda ortaya çıxan iddianamədə bir çox məcburiyyətin olduğu aydın görünür. Rusiya məsələsində edildiyi kimi, Türkiyə məsələsində də bir günahlandırmağa gedilsə, Trampın daha da sıxışdırılacağı güman edilir.
Vaşinqtonda Türkiyə əleyhinə olan dairələr də bu işin üstünə atıldı və ortaya bir yeni oyun çıxarmağa çalışırlar.
Bu zorlamanın isə baş tutması mümkün görünmür.
Onsuz da prokuror Flynn üçün həbs cəzası verilməməsini istəmişdi. Hadisə sadəcə bəzi əsassız dedi-qodularla sönüb gedəcək məncə.
Müxalifət.az