Türkiyəyə demokratiya dərsi vermək istəyənlər sinifdə qaldı - İŞDƏN ÇIXARILDI

Baxış sayı:
8716

Muxalifət.az xəbər verir ki, Almaniyada Benyamin Netanyahunun şəklini çəkən karikaturaçı işdən çıxarılıb. Ölkənin tanınmış karikaturaçılarından Diter Hanits (Dieter Hanitzsch) İsrailin baş naziri Benyamin Netanyahunun karikaturasını çəkdikdən sonra yəhudilərə qarşı düşmənçilikdə ittiham edilərək işdən çıxarılıb. Almaniyanın nüfuzlu qəzetlərindən olan “Zyuddiyçe Tsaytun” ( Süddeutsche Zeitung) qəzetinin redaktoru Volfqanq Kraç karikaturaya görə üzr istəmək məcburiyyətində qalıb. Barəsində söhbət gedən karikaturada israilli müğənni, Avroviziya mahnı müsabiqəsinin qalibi Netta Barzilayın geyindiyi paltarda təsvir olunan Netanyahunun əlində raket şəkli çəkilib və onun dilindən “gələn il Qüdsdə” sözləri yazılıb. Karikaturaçının özü bu şəkli çəkdiyinə görə peşman olmadığını bildirib. Qeyd edək ki, Diter Hanitsin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı tənqid, hətta təhqir edən rəsmləri də bundan əvvəl də eyni qəzetdə verilmişdi. Lakin, həmiş şəkillərin verilməsi redaksiya tərəfindən mətbuat və fikir azadlığı kimi təqdim və müdafiə edilmişdi. Bu isə ikili standartların olduğunu göstərir./Hurriyyet.org