Türkiyəyə 2 milyonluq KÖÇ DALĞASI

Baxış sayı:
21652

Xama və İdlibə qarşı həyata keçirilən intensiv bombardman yüz minlərlə Suriyalını yollara salıb.
 
Xamada Rusiyanın dəstəyi ilə hava hücumlarını davam etdirən Suriya rejimi, 10 gün ərzində 100-dən çox yaşayış məntəqəsini ələ keçirib. Bir tərəfdən hava hücumlarından xilas olmaq, digər yandan isə rejimin ələ keçirdiyi kəndlərdən qaçan 300 min Suriyalı müxaliflərin nəzarət etdiyi İdlib bölgəsinə yönəlib. Soyuyan hava və davam edən bombardmanlar üzündən vəziyyət hər keçən gün daha çox ağırlaşır. İdlibin Bələdiyyə Məclisi, mövcud vəziyyətin davam etməsi halında 2 milyondan çox vətəndaşın Türkiyə sərhədinə doğru yönələcəyi xəbərdarlığını edib.
Rejimin intensiv bombardmanı səbəbi ilə sərhədə doğru gedən yollarda izdiham yaşanır. 7 illik qırğın seriyasını davam etdirən Rusiya və İranın dəstəklədiyi Əsəd rejiminin 10 günlük qətliam balansı isə 170 mülki vətəndaşın öldürülməsi olub.
Müxalifət.az