Türkiyənin yeni möhtəşəm silahı – FOTO

Baxış sayı:
4330

Türkiyənin Müdafiə Sənayesi Müşavirliyi uzaqdan idarə edilən “Tarantula” pilotsuz quru nəqliyyat vasitəsinin ilk görüntülərini paylaşıb.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, Müdafiə Sənayesi Müşavirliyi yeni nəsil nəqliyyat vasitəsinin bir qədər sonra təhlükəsizlik qüvvələrinin sərəncamına veriləcəyini açıqlayıb.
8 təkərli “Tarantula” pilotsuz quru nəqliyyat vasitəsinə TEAS və ASELSAN şirkətlərinin istehsalı olan “ASELSAN Sarp” silahı da yerləşdirilib.
Maksimum 3 kilometr radiusda idarə edilə bilən “Tarantula”nın mənzili isə 70 kilometrdir. 8 saat fasiləsiz xidmət apara bilən 2 ton ağırlığındakı “Tarantula” həmçinin 800 kiloqram yükgötürmə qabiliyyətinə sahibdir.